BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda yataqxanada yanğın

Bakının Xəzər rayonunda üçmərtəbəli yataqxana binasında yanğın olub, 25 nəfər təxliyə edilib.

 

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

 

Binanın 3-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 6 ədəd sayğac yanıb.

 

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 25 nəfər (onlardan 7-si uşaqdır) bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

 

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Tarix: 12 Noyabr 2022, 23:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin