BURADA REKLAMINIZ OLA
BİLƏR

Şənbə gününə olan hava proqnozu açıqlandı

Martın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Pravda.az-a verilən məlumata görə, havanın temperaturu  Abşeron yarımadasında gecə 4-7, gündüz  12-16, Bakıda  gecə 5-7, gündüz 14-16 dərəcə isti olacaq.

 

Atmosfer  təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90, gündüz 55-60 faiz olacaq. 

 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Gecə və səhər  bəzi yerlərdə  duman olacaq. Şərq küləyi əsəcək.

 

Havanın temperaturu  gecə 3-8, gündüz  15-20, dağlarda gecə 0-5, gündüz  6-11 dərəcə isti olacaq.

Tarix: 27 Mart 2020, 12:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin