BURADA REKLAMINIZ OLA
BİLƏR

Keçmiş arvadını və oğlunu güllələyən şəxslə bağlı RƏSMİ AÇIQLAMA

Noyabrın 13-ü saat 11 radələrində paytaxtın Suraxanı rayonu ərazisində iki nəfər şəxsin odlu silahdan açılan atəşlə xəsarət almaları barədə rayon prokurorluğuna məlumat daxil olub.


Suraxanı rayon prokurorluğundan Pravda.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla 1955-ci il təvəllüdlü Eldar Dadaşovun şəxsi münasibətlər zəminində aralarında baş vermiş münaqişə zamanı keçmiş arvadı 1958-ci il təvəllüdlü Nazilə Pirimova və oğlu 1988-ci il təvəllüdlü Ağaəli Dadaşova ov tüfəngi ilə atəş açaraq onları qəsdən öldürmələrinə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.


Eldar Dadaşov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.


İş üzrə istintaq davam edir.

Tarix: 13 Noyabr 2022, 14:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin