BURADA REKLAMINIZ OLA
BİLƏR

İstanbulda partlayış zamanı 4 nəfər ölüb, 38 nəfər yaralanıb

Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 38 nəfər yaralanıb.

 

Pravda.az xəbər verir ki, bu barədə İstanbul valisi Ali Yerlikaya bildirib.

 

"İstiqlal küçəsində baş verən partlayışda ilkin məlumata görə, 4 nəfər həyatını itirib, 38 nəfər yaralanıb. Yaralılarımız müalicə olunur.

 

Həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirik", - o tivter hesabında yazıb.

 

Vali qeyd edib ki, hadisə ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

Tarix: 13 Noyabr 2022, 18:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin