BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda qadın kirayə yaşadığı evdə öldürüldü

Bakıda kirayədə yaşayan qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Pravda.az-a verilən məlumata görə, noyabrın 12-də günorta saatlarında paytaxtın Nərimanov rayonunda 1975-ci il təvəllüdlü Kifayət İsayevanın kirayə yaşadığı evdə öldürülməsi barədə polis orqanlarına məlumat daxil olub.


Aparılan araşdırmalarla K.İsayevanı öldürərək hadisə yerindən qaçan naməlum şəxsin 1981-ci il təvəllüdlü Elnur Məhərrəmov olmasına əsaslı şübhələr müəyyən edilib.


Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə E.Məhərrəmov tutularaq istintaqa təhvil verilib.


Araşdırmalar davam etdirilir.

Tarix: 14 Noyabr 2022, 00:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin