BURADA REKLAMINIZ OLA
BİLƏR

Rəşad Dağlının oğlu müraciət etdi

İskəndər Mehtiyevi qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlının azyaşlı oğlunun adına saxta Instaqram hesabı açılaraq meyxanaçıya dəstək adı ilə pul yığılır.

 

Bu barədə meyxanaçının və oğlu Yusifin “Instaqram” səhifələrində məlumat paylaşılıb.

 

Yusif qeyd edib ki, onun "Tik-Tok" profili yoxdur və heç kimə yardım müraciəti etməyib.

Məsələ ilə bağlı Rəşad Dağılının vəkili də açıqlama yayıb. Vəkil yardım adı ilə yığılan pulların meyxanaçının ailəsi ilə əlaqəsi olmadığını deyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məsələdən məlumatlıdırlar. Hazırda araşdırma aparılır.

Tarix: 14 Noyabr 2022, 08:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin