BURADA REKLAMINIZ OLA
BİLƏR

Kəlbəcərdə yük avtomobili dərəyə aşdı, sürücü öldü

Kəlbəcərdə yük avtomobili dərəyə aşıb.

 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, hadisə noyabrın 14-ü saat 2 radələrində rayonun Yanşaq kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, Neftçala rayon sakini Məcnun İsrafilov idarə etdiyi “KamAZ” markalı avtomobili dərəyə aşırıb və nəticədə sürücü hadisə yerində ölüb.

 

Kəlbəcər Rayon Polis Şöbəsində araşdırma aparılır.

Tarix: 14 Noyabr 2022, 10:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin