BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda nəvə babasının evindən 8500 manatlıq oğurluq etdi

Bakıda nəvə babasının evindən 8 500 manatlıq oğurluq edib.

 

Bu barədə Pravda.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə M.Ə.Rəsulzadə qəsəbəsindəki evlərin birindən 4500 manat pul və 4000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən ev sahibinin (baba) nəvəsi müəyyən olunaraq saxlanılıb.

 

Araşdırma aparılır.

Tarix: 15 Noyabr 2022, 12:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin