BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə 8 yaşlı qızı intihar edən ata ilə bağlı qərar verdi

Ali Məhkəmədə arvadına işgəncə verməkdə təqsirləndirilən Vahid Nadirovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Belə ki, qərar dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılıb.

 

Qeyd: Hadisə 2020-ci il noyabrın 27-də paytaxtın Nizami rayonunda, M.Abbasov küçəsində yerləşən binanın 13-cü mərtəbəsində baş verib.

 

2012-ci il təvəllüdlü Fərəh Nadirova atası ilə anası Dilarə Bağıyevanın mübahisəsi zamanı yaşadıqları evin pəncərəsinə çıxaraq özünü oradan atıb.

 

Daha sonra Vahid Nadirov saxlanılıb və arvadına əzab vermədə təqsirli bilinib.

 

Dilarə Bağıyeva istintaqda qeyd edib ki, uşağının ölüm səbəbkarı birbaşa əri Vahid Nadirovdur: “Fərəhi pəncərədən Vahid atıb. Vahid məni sürüyə-sürüyə mətbəxə aparanda dedi ki, məni 13-cü mərtəbədən atmağa aparır. Məni atmaq istəyirdi ki, sonra desin uşaqdan sonra anası da özünü atıb”.

 

Vahid Nadirov, sadəcə, arvadına işgəncə verdiyi üçün ittiham edilib. Qızı Fərəhin intiharına səbəb olması ilə bağlı başlanan cinayət işinə xitam verilib. 2021-ci ilin avqust ayında istintaq düzgün aparılmadığına görə yenidən Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb.

 

Bakı Şəhər Nizami Rayon Məhkəməsinin qərarı ilə Vahid Nadirova 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. İstintaq dövründə azadlıqda qalan Vahid Nadirov oktyabrın 14-də məhkəmə zalında həbs olunub. Hazırda onun cəza müddəti başa çatdığından (məhkəmə qərarı ilə) azadlıqdadır.

 

Daha sonra Dilarə Bağıyeva həmin hökmdən narazı qalıb.

 

Kamal Məmmədov

Tarix: 16 Noyabr 2022, 08:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin