BURADA REKLAMINIZ OLA
BİLƏR

Əkrəm Həsənov: “Ya ənənəvi dəyərləri bərpa etməli, ya da “beşgünlük dünyadır, bizdən sonra batsın dünya!” şüarı ilə yaşamalıyıq…”

“İnsanların sayı 8 milyard oldu. 2050-ci ilədək təxmini 10 milyard olması gözlənilir. Artım əsasən Asiya və Afrika ölkələrinin hesabına olacaq. Özü də bu siyahıda Çin yoxdur: Qərb ölkələri kimi onun da əhalisi azalacaq. Az doğub-törəyən ölkələrin “gender bərabərliyi” (reallıqda ailə institutunun iflası) indeksi isə əksinə yüksəkdir. Qadınların hökmranlıq modeli yeni deyil. Qədim dövrlərdə bu, qəbilələrdə kişilərin maymaqlaşması və son nəticədə kişilərin hökmran olduğu qəbilələrə məğlub olması ilə nəticələnib. Roma, Sasani, Abbasi, Osmanlı, Rusiya və s. imperiyalar da o cümlədən qadın hökmranlığı nəticəsində məhv olublar”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Əkrəm Həsənov bildirib.

 

Ə.Həsənovun sözlərinə görə, əsrin sonunadək insan sayının qeyri-bərabər artması həmçinin o deməkdir ki, qlobal siyasi və hərbi güc mərkəzləri də dəyişəcək: “Dövlət ilk növbədə zor alətidir. Zor isə kişilərə xas cəhətdir. Arvadını doğuzdura bilməyən kişilərdən ibarət olan cəmiyyət başqasına qalib gələ bilməz. Təəssüf ki, Azərbaycanı da demoqrafik tənəzzül gözləyir. Boşanmaların sayı buna sübutdur. İki yolumuz var. Ya “müasir” trendlərdən imtina edib ənənəvi dəyərləri bərpa etməliyik (bunun üçün, sadəcə, erkəklərin kişi olması kifayətdir), ya da “beşgünlük dünyadır, bizdən sonra batsın dünya!” şüarı ilə yaşamalıyıq…”

 

Kənan

Tarix: 16 Noyabr 2022, 08:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin