BURADA REKLAMINIZ OLA
BİLƏR

“Fransa Senatı sanki Paşinyanı “cəsarətləndirdi””

“Haqlı və ədalətli olduğumuz halda Fransa Senatının və ya ABŞ Konqresinin anti-Türkiyə, anti-Azərbaycan qətnamələrinə, qərarlarına əsəbiləşirik. Əsəbiləşməkdənsə, Parisin vasitəçiliyindən imtina, Azərbaycanın Fransadakı səfirini bir müddət üçün geri çağırmaq, Fransa şirkətlərinin Azərbaycandakı fəaliyyətinə xitam haqqında düşünməliyik. Bunu etməsək, sabah Fransanın Avropada başqa “ardıcılları” da tapılacaq”.

 

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.

 

E.Şahinoğlu qeyd edib ki, Fransa Senatının qətnaməsi Ermənistanın baş naziri Nikol Paşinyanı Parisdən asılı vəziyyətə salır: “Şübhə etmirəm ki, Paşinyan, Ermənistandakı siyasi partiyalar və Qarabağ separatçıları Fransa Senatına təbrik məktubları göndərəcəklər. Paşinyan Qarabağdan imtinaya hazırlaşırdısa, Fransa Senatı sanki onu “cəsarətləndirdi” və Ermənistanın baş nazirinə belə bir mesaj göndərdi: “Əsla Qarabağın müstəqilliyindən vaz keçmə”. Fransa prezidentinin və Senatının anti-Azərbaycan ritorikası Ermənistanı və erməni separatizmini qorumaq məqsədi daşıyırsa, tam əks nəticəylə üzləşəcəklər. Fransa Senatının qətnaməsi təmas xəttində vəziyyəti gərginləşdirəcək. Fransa prezidenti və ya hökuməti Azərbaycanla bütün körpüləri yandırmamaq üçün Senatın qətnaməsindəki bəndləri əsas götürməyə də bilər, ancaq hər zaman həmin qətnamə ilə bizi şantaj etməyə çalışacaqlar”.

Tarix: 15 Noyabr 2022, 23:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin