BURADA REKLAMINIZ OLA
BİLƏR

Abgül Süleymanov: “Arif Hacılı kimdir və kim olub?” – Mustafa Hacıbəyli cavab verdi

11 illik həbsdən sonra azadlığa çıxan ruhani Abgül Süleymanov Müsavat Partiyasının İranın Bakıdakı səfirliyinin qarşısında keçirdiyi aksiyaya sərt reaksiya verib. Partiyanın Məclis üzvü Mustafa Hacıbəyli isə A.Süleymanova cavab verib.

 

Pravda.az xəbər verir ki, A.Süleymanov aksiya keçirməyin düzgün addım olmadığını bildirib

 

“Ağlınız yoxdur? Üç nəfər şikəst adamı yığmısız ora, xəcalət çəkmirsiniz? Bu sifarişi sizə kim verib? Özümüzün dağ boyda dərdi var, sizə İran lazımdır? Özünüzə iş tapın, xalqa xidmət edin. Bakı, Tehran, Ankara... Biz hara İsrail hara. Qorxun bunun ardınca gələn bəlalardan. Ölkədə görülməli iş çoxdur. Allah sizi hidayət eləsin! Özbaşına qalmısınız. Yaşlı arvadı yağışın altına niyə gətirmisiniz? Aldığınız pulları dava-dərmana xərcləyəcəksiniz. Etiraz olunası o qədər düşmən ölkəsi var ki. 44 günlük vətən müharibəsində, Gəncəmizi atəşə alanda nə Almaniya, nə Amerika, nə Fransa, nə İngiltərə, nə BƏƏ heç biri bizə dəstək ünvanında fikir bildirmədi. İndi nə olub İrana qarşı hamısı bir ələ vururlar. O ölkələr də İrana, Ermənistana dəstək verdiyi üçün etiraz edirlər? Orada da Zəngəzur məsələsi var? Oturub obyektiv düşünün. Allah sizə ağıl verib. Bu ağılı qəbrə aparacaqsınız? Mən demirəm etiraz etməyin. Edin, amma Allaha və vətənə görə. Pula görə yox. Sizin bu işləriniz hamısı bekarçılıq üzündəndir. Müsavat həyatı boyu kim olub ki? Arif Hacılı kimdir və kim olub? Ardınca düşdüyünüz şəxslər özlərini tanımayan insanlardır. Cəhənnəmə gedən özünə yoldaş axtarar. Siz Müsavatın cəhənnəm yoldaşlarısınız! Biz onları əlimizin içi kimi tanıyırıq. Onlar sizdən istifadə edirlər, necə ki sizdən öncəkilərdən istifadə etdilər. Gedib keçmişdəkilərdən maraqlanın onlar niyə müxalifətdən ayrılıblar. Bugün müxalifətə qoşulanların ya təcrübələri yoxdur, ya da maddi maraqları var” – o qeyd edib.

 

A.Süleymanov mövqeyinə görə sərt tənqid edilib. Qeyd edilib ki, o, sifariş yerinə yetirir.

 

Müsavat Partiyasının Məclis üzvü Mustafa Hacıbəyli bildirib ki, İran hökuməti təkcə Azərbaycana qarşı yox, həm də öz xalqına qarşı qənim kəsilib: “İranın hökumət qüvvələri son iki ayda azı 240 etirazçını qətlə yetiriblər. İran Rusiyaya silah verməklə, Moskvanın Ukraynaya qarşı hərbi cinayətlərinə də şərik olub. Biz şərə qarşı mübarizə aparırıq”.

Tarix: 16 Noyabr 2022, 09:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin