BURADA REKLAMINIZ OLA
BİLƏR

Yaşayış binasında yanğın - YENİLƏNDİ

Paytaxtın Binəqədi rayonunda yaşayış binasında yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

 

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

 

***

13:43

 

Bakıda yaşayış binasında yanğın başlayıb.

 

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

 

FHN-in (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində çoxmərtəbəli yaşayış binasındakı mənzildə yanğın olması barədə ilkin məlumat daxil olub.

 

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

 

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Tarix: 16 Noyabr 2022, 13:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin