BURADA REKLAMINIZ OLA
BİLƏR

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirildi

Azərbaycan Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib, Gəncə Apellyasiya Məhkəməsinin müraciəti icraata götürülüb.

 

Bu barədə Pravda.az-a Konstitusiya Məhkəməsinin Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, iclasda Azərbaycan Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 17, 18.2-ci və 18.3-cü maddələrinin şərh edilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.

 

Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun dekabrın 9-na təyin edilən iclasında baxılacaq.

Tarix: 16 Noyabr 2022, 14:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin