BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda baş redaktor həbs edildi

Baş redaktor həbs edilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə “Tarixin səhifələri” adlı qəzetin baş redaktoru vəzifəsində çalışan Faiq Əzimzadə saxlanılıb.

 

Araşdırmalar zamanı onun vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq əməlləri törətdiyinə dair əsaslı şübhələr yaranıb.

 

F.Əzimzadə barəsində Bərdə RPŞ-də Cinayət məcəlləsinin 178.2.2 və 178.2.4-cü (dələduzluq) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

 

Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Tarix: 17 Noyabr 2022, 13:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin