“Xırdalanda baş verən partlayışda hansısa qurumun – istər “Azəriqaz”ın, istər FHN-nin, yerli icra orqanlarının məsuliyyətinin olub-olmamasını, hadisənin hansı zəmində baş verməsi, səhlənkarlıq olub-olmamasını və s. araşdırmanın sonunda bilmək olar. Öncədən hansısa qurumu ittiham etmək absurddur, doğru yanaşma deyil. Amma yaxşı olar nəzarət tədbirləri gücləndirilsin, bununla bağlı konsepsiya olsun, qaz təsərrüfatına aid olan avadanlıqlara, xətlərə, cihazlara ildə bir dəfə profilaktik texniki baxış keçirilsin, sınaq protokolları tərtib edilsin, hansısa nöqsan, yaxud qeyri-standart cihazlardan istifadə halları varsa, bu barədə istifadəçi məlumatlandırılsın, nöqsanların aradan qaldırılması üçün göstəriş verilsin. Belə bir sistem olsa, həm insanlar məsuliyyətli yanaşarlar, həm də təhlükə riski minimuma enər”.
Bu sözləri Pravda.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev deyib.
Ekpsert bildirib ki, ümumiyyətlə, təkcə yaşayış evlərində deyil, bütün müəssisələrdə, iş yerlərində təhlükəsizlik məsələsi ön planda olmalıdır: “Təhlükəsizlik deyəndə təkcə qazla bağlı məsələlər deyil, elektrik, su təsərrüfatına aid məsələlər, baş verə biləcək təhlükə riskləri də nəzərdə tutulur. Yaşayış evlərində qəzaların qarşısını almaq məqsədilə önləyici tədbirlər görülməlidir. Burada müvafiq qurumların da, vətəndaşların da üzərinə düşən məsuliyyət, öhdəliklər var. Son zamanlar baş verən qaz sızması, dəm qazından zəhərlənmə, partlayış kimi təhlükələr insanların həyatını təhlükəyə atır, həm də əmlaklarına ziyan dəyir. Qaz təsərrüfatı ilə bağlı olan təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir. Qaz kimyəvi xassəsinə görə yanır, partlayır, düzgün istifadə olunmadıqda zəhərlənməyə gətirib çıxarır. Evlərdə qaz xətlərinə müdaxilə etmək, xətlərin çəklməsini qeyri-peşəkar şəxslərə həvalə etmək, əlbəttə, təhlükə riskini qaçılmaz edir. Mütləq qaz xəttində hansısa nasazlıq baş verərsə, ümumiyyətlə, xətlərin yerini dəyişmək, layihəyə hansısa müdaxilə etmək, bunu fərdi şəxslərə, lisenziyası olmayan, akkreditasiyadan keçməyən müəssisələrə etibar etmək sonda bədbəxt hadisələrin baş vermə riskini qaçılmaz edəcək. Bütün evlərdə qaz sızmasını, dəm qazı riskini aşkar edən detektorlar var. Müasir dövrdə bunların hamısı yüksək səviyyədə təşkil olunub. Evlərdəki qaz xətləri standartlara cavab verən cihazlar olsa belə, yenə də təhlükəsizlik istismarı mütləqdir. Görüləcək kompleks tədbirlər nəticəsində təhlükə riskləri minimuma endirilə bilər”.
Qeyd: Noyabrın 16-da Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park Yaşayış Kompleksində çoxmərtəbəli yaşayış binasındakı mənzildə baş verən partlayış zamanı 4 nəfər xəsarət alıb. Hadisənin qaz sızmasından baş verdiyi bildirilir.
Aytəkin Qardaşova
1 Fevral 16:46
1 Fevral 16:42
1 Fevral 16:37
1 Fevral 16:36
1 Fevral 16:35
1 Fevral 16:24
1 Fevral 16:22
1 Fevral 16:12
1 Fevral 16:10
1 Fevral 16:05
1 Fevral 15:48
1 Fevral 15:38
1 Fevral 15:27
1 Fevral 15:26
1 Fevral 15:23
1 Fevral 15:22
1 Fevral 15:20
1 Fevral 15:17
1 Fevral 15:06
1 Fevral 15:04
1 Fevral 14:47
1 Fevral 14:41
1 Fevral 14:35
1 Fevral 14:23
1 Fevral 14:14
1 Fevral 14:12
1 Fevral 13:40
1 Fevral 13:32
1 Fevral 13:20
1 Fevral 13:13
1 Fevral 13:08
1 Fevral 13:07
1 Fevral 12:54
1 Fevral 12:36
1 Fevral 12:35
1 Fevral 12:29
1 Fevral 12:28
1 Fevral 12:15
1 Fevral 12:15
1 Fevral 12:09
1 Fevral 12:07
1 Fevral 11:56
1 Fevral 11:50
1 Fevral 11:43
1 Fevral 11:37
1 Fevral 11:34
1 Fevral 11:32
1 Fevral 11:31
1 Fevral 11:29
1 Fevral 11:25
1 Fevral 11:23
1 Fevral 11:19
1 Fevral 11:10
1 Fevral 10:59
1 Fevral 10:45
1 Fevral 10:31
1 Fevral 10:11
1 Fevral 09:41
1 Fevral 09:40
1 Fevral 09:34
1 Fevral 09:20
1 Fevral 09:07
1 Fevral 09:01
1 Fevral 08:59
1 Fevral 08:44
1 Fevral 08:44
1 Fevral 08:40
1 Fevral 08:39
1 Fevral 08:30
1 Fevral 08:25
1 Fevral 08:11
1 Fevral 08:05
1 Fevral 01:06
1 Fevral 01:05
1 Fevral 00:40
1 Fevral 00:19
1 Fevral 00:18
1 Fevral 00:13
31 Yanvar 23:19
31 Yanvar 23:16
31 Yanvar 23:13
31 Yanvar 23:11
31 Yanvar 23:08
31 Yanvar 22:54
31 Yanvar 21:14
31 Yanvar 21:09
31 Yanvar 20:40
31 Yanvar 20:22
31 Yanvar 19:32
31 Yanvar 18:57
31 Yanvar 18:50
31 Yanvar 18:22
31 Yanvar 18:20
31 Yanvar 18:19
31 Yanvar 17:56
31 Yanvar 17:52
31 Yanvar 17:49
31 Yanvar 17:46
31 Yanvar 17:39
31 Yanvar 17:16
31 Yanvar 16:50
31 Yanvar 16:27
31 Yanvar 16:25
31 Yanvar 16:04
31 Yanvar 16:04
31 Yanvar 15:43
31 Yanvar 15:34
31 Yanvar 15:33
31 Yanvar 15:24
31 Yanvar 15:16
31 Yanvar 14:59
31 Yanvar 14:55
31 Yanvar 14:53
31 Yanvar 14:49
31 Yanvar 14:47
31 Yanvar 14:46
31 Yanvar 14:44
31 Yanvar 14:33
31 Yanvar 14:15
31 Yanvar 14:11
31 Yanvar 14:09
31 Yanvar 13:48
31 Yanvar 13:46
31 Yanvar 13:32
31 Yanvar 13:28
31 Yanvar 12:55
31 Yanvar 12:50
31 Yanvar 12:46
31 Yanvar 12:30
31 Yanvar 12:21
31 Yanvar 12:04
31 Yanvar 11:48
31 Yanvar 11:44
31 Yanvar 11:40
31 Yanvar 11:35
31 Yanvar 11:30
31 Yanvar 11:17
31 Yanvar 11:08
31 Yanvar 10:46
31 Yanvar 10:43
31 Yanvar 10:27
31 Yanvar 10:15
31 Yanvar 10:07
31 Yanvar 09:55
31 Yanvar 09:29
31 Yanvar 09:23
31 Yanvar 09:18
31 Yanvar 09:12
31 Yanvar 09:10
31 Yanvar 08:37
Ən son xəbərləri səhifəmizdən də izləyin