Azərbaycanın sabiq təhsil naziri, professor Firudin Cəlilovun “İslamöncəsi türk tarixi” adlı kitabının təqdimat mərasimi keçirilib. Kitab böyük kütlə tərəfindən yüksək qiymətləndirilsə də, bəzi məqamlar müzakirə yaradıb. Bildirilir ki, qədim islamaqədərki türk tarixi isə arxeoloji qazıntılardan, qədim dilləri bilməkdən, antik mənbələrə uzun araşdırmalardan keçir, həmin elmi təhlilləri akademik dairələrdə müzakirə və sübut etmək lazımdır, yəni bu kitabı yazmaq üçün sırf ömrünü bu sahəyə həsr edəcək arxeloq, mənbələrlə işləyən tarixçi olmaq lazımdır, Firudin Cəlilov isə filoloqdur, onun belə bir kitab yazması təəccüblüdür.
F.Cəlilov Pravda.az-a müsahibəsində səslənən fikirlərə münasibət bildirib.
Professor deyib ki, yüzlərlə belə adam var: “Adam nə dediyini bilməlidir. Kitabı oxumayan, görməyən adamın həmin kitab haqqında söz deməsi düzgün deyil. Əvvəl kitabı oxuyarlar, hansı məqamlarda şübhəli qalıblar, inanmırlarsa, onda fikirlərini deyərlər. İradı bu şəkildə bildirərlər, yoxsa eşidirlər ki, “Məmməd astronomiyandan bir kitab yazıb”, deyirlər “Məmməd astronom deyil, necə bu kitabı yaza bilər”. Kitab 9 cilddən ibarətdir, hər cild başqa sahədən yazılıb. Məsələn, arxeologiya, antropologiya, etnoqrafiya, dilin tarixi, tarixi coğrafiya... Müxtəlif mövzulardadır. Hər kitabın da elmi redaktoru həmin sahə üzrə tanınmış, görkəmli alimlərdir. Məsələn, birinci cild arxeologiyadan bəhs edir, elmi redaktoru tanınmış arxeoloq, AMEA-nın müxbir üzvü, professor Vəli Əliyevdir. Coğrafiyaya aid olan ikinci hissə isə tarixi coğrafiya adlanır və elmi redaktoru Coğrafiya İnstitutunun direktoru, rəhmətlik akademik Budaq Budaqovdur. Onunla yanaşı, Etnoqarafiya İnstitutunda ən tanınmış etnoqraf, tarixi toponimlər, etnonimlər haqqında möhtəşəm əsərlər yazmış rəhmətlik professor Qiyasəddin Qeybullayevdir. 4-cü cildin redaktoru AMEA-nın müxbir üzvü Cəfər Qiyasidir. O, respublikada ən möhtəşəm arxitektor kimi tanınmış adamdır və sahəsinə aid olan cildi redaktə edib. Qədim dövrdə Azərbaycanda yaranan dövlətlər kitabı isə rəhmətlik Yusif Yusifovun elmi redaktorluğu ilə yazılıb. Həmin dövrdə dünyada qədim mənbələri yaxşı bilən, kitablar yazan iki elmşünas var idi, biri Yusif Yusifov idi. Saatlarla oturub müzakirə etmişik, bir yerdə səhvləri düzəltmişik. Kitabın digər redaktoru BDU-nun professoru, rəhmətlik Mirheydər Mirzəyev idi. O da Ön Asiyada olan qədim dövlətlərin tarixindən doktorluq işi yazmışdı, qədim mixi yazıları oxuyan adam idi. Hamısını sadalamıram, demək istəyirəm ki, hər cildin öz elmi redaktoru var. Bütün məsələləri bir yerdə müzakirə, götür-qoy etmişik. Kitabdakı mövzular barədə 30 ildir, televiziya kanallarında izahat verirəm, məqalələr yazıram. Hələ indiyə qədər bir adam çıxıb deməyib ki, filan məsələnin qaynağı yoxdur, özündən uydurub. Kiminsə konkret nəyəsə etirazı varsa, inamı yoxdursa, onu desin. Yoxsa ümumi şəkildə ürəkbulandıran sözlərlə özlərini göstərmələri, guya bunlar savadlı adamdırlar, hər şeydən başları çıxır”.
F.Cəlilov kitabın akademik dairələrdə müzakirəsi məsələsinə də toxunub: “Kitabın akademik dairələrdə müzakirəsinə gəlincə, 40 ildir, dünya türkoloqlarının qurultaylarında uzmanlar qarşısında bu mövzuda məruzələr edir, simpoziumlar keçirirəm. Bu mövzunu Vaşinqtonda, Parisdə, Qahirədə, Orta Asiyada alimlərin qarşısında məruzə etmişəm, müzakirə olunub. Başqa nə olmalıdır ki, bu insanlar qarayaxmadan əl çəksinlər?”
O bildirib ki, kitab satışda yoxdur: “Az sayda çap olunmuşdu, təqdimata gələnlərə paylandı. Ali təhsil müəssisələrində tədris olunmayacaq”.
Aytəkin Qardaşova
28 Mart 23:24
28 Mart 22:58
28 Mart 22:23
28 Mart 20:43
28 Mart 20:38
28 Mart 20:33
28 Mart 19:53
28 Mart 19:51
28 Mart 19:46
28 Mart 19:43
28 Mart 19:41
28 Mart 19:40
28 Mart 19:25
28 Mart 19:16
28 Mart 19:07
28 Mart 19:05
28 Mart 19:03
28 Mart 18:41
28 Mart 17:53
28 Mart 17:42
28 Mart 17:23
28 Mart 17:10
28 Mart 17:05
28 Mart 16:54
28 Mart 16:53
28 Mart 16:52
28 Mart 16:47
28 Mart 16:43
28 Mart 16:38
28 Mart 16:33
28 Mart 16:22
28 Mart 16:19
28 Mart 16:16
28 Mart 15:53
28 Mart 15:52
28 Mart 15:40
28 Mart 15:23
28 Mart 15:01
28 Mart 14:59
28 Mart 14:54
28 Mart 14:52
28 Mart 14:24
28 Mart 14:20
28 Mart 13:57
28 Mart 13:37
28 Mart 13:30
28 Mart 13:27
28 Mart 13:02
28 Mart 12:57
28 Mart 12:53
28 Mart 12:42
28 Mart 12:38
28 Mart 12:33
28 Mart 12:27
28 Mart 12:00
28 Mart 11:58
28 Mart 11:56
28 Mart 11:55
28 Mart 11:29
28 Mart 11:27
28 Mart 11:16
28 Mart 11:14
28 Mart 11:11
28 Mart 11:08
28 Mart 11:06
28 Mart 11:04
28 Mart 11:00
28 Mart 10:47
28 Mart 10:47
28 Mart 10:39
28 Mart 10:37
28 Mart 10:30
28 Mart 10:26
28 Mart 10:16
28 Mart 10:05
28 Mart 10:03
28 Mart 09:58
28 Mart 09:54
28 Mart 09:49
28 Mart 09:45
28 Mart 09:33
28 Mart 09:21
28 Mart 09:15
28 Mart 09:02
28 Mart 08:59
28 Mart 08:58
28 Mart 08:56
28 Mart 08:52
28 Mart 08:50
28 Mart 08:48
28 Mart 08:44
28 Mart 08:38
28 Mart 08:36
28 Mart 08:31
28 Mart 08:24
28 Mart 08:23
28 Mart 08:20
28 Mart 08:15
28 Mart 08:11
28 Mart 08:07
28 Mart 08:03
28 Mart 07:12
28 Mart 07:10
28 Mart 07:06
28 Mart 06:53
28 Mart 06:18
27 Mart 23:49
27 Mart 23:37
27 Mart 23:29
27 Mart 23:26
27 Mart 22:45
27 Mart 22:43
27 Mart 22:08
27 Mart 22:07
27 Mart 22:05
27 Mart 22:03
27 Mart 20:26
27 Mart 19:54
27 Mart 18:42
27 Mart 18:40
27 Mart 18:39
27 Mart 18:33
27 Mart 18:31
27 Mart 18:27
27 Mart 18:23
27 Mart 18:21
27 Mart 18:19
27 Mart 18:18
27 Mart 18:17
27 Mart 18:15
27 Mart 18:11
27 Mart 18:09
27 Mart 18:06
27 Mart 18:03
27 Mart 18:00
27 Mart 17:40
27 Mart 17:33
27 Mart 17:25
27 Mart 17:23
27 Mart 17:20
27 Mart 17:12
27 Mart 16:50
27 Mart 16:45
27 Mart 16:38
27 Mart 16:28
27 Mart 15:37
27 Mart 15:14
27 Mart 15:07
27 Mart 15:04
27 Mart 14:40
Ən son xəbərləri səhifəmizdən də izləyin