BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda 7 yaşlı uşaq bıçaqlandı - YENİLƏNDİ

Paytaxtın Sabunçu rayonunda azyaşlıya bıçaq xəsarəti yetirən 12 yaşlı B.M saxlanılıb.

 

DİN-dən verilən məlumata görə, Sabunçu RPİ 12-ci PB əməkdaşları tərəfindən araşdırma aparılır. Onlar arasında mübahisə pul üstündə olub.

 

***

2022-11-17 22:38

 

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

 

Hadisə Sabunçu bazarında qeydə alınıb.

 

2015-ci il təvəllüdlü Miraşnçyonko Artyom Arturoviç 14 yaşlı yeniyetmə tərəfindən çağırılıb. Daha sonra yeniyetmə uşağa kürək nahiyəsindən bıçaq xəsarəti yetirib. Yaralı valideynləri tərəfindən Kliniki Tibbi Mərkəzə çatdırılıb.

 

Faktı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

 

APA

Tarix: 18 Noyabr 2022, 01:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin