BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Fərid Şəfiyev:"Ola bilsin, nə vaxtsa Minsk Qrupunun ləğvi ilə bağlı rəsmi qərar qəbul olunacaq, amma..."

"Minsk Qrupunu ATƏT yaradıb, ona görə də Qrupun ləğvi üçün ATƏT-də müvafiq qərar qəbul olunmalıdır. Bilirik ki, ATƏT-də qərarlar konsensus şəklində qəbul olunur. Belə olan halda, Minsk Qrupunun ləğvi ilə bağlı qərar qəbul etmək çətindir. Qrup effektiv olaraq onsuz da artıq işləmir. Bunu son olaraq ABŞ tərəfi də qəbul edib. ABŞ Dövlət Departamentinin Qafqaz üzrə baş məsləhətçisi Filip Riker də dedi ki, artıq MQ fəaliyyət göstərmir, üçtərəfli şəkildə Azərbaycan və Ermənistanla işləyirik".

 

Bu sözləri Pravda.az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

 

“Ola bilsin, nə vaxtsa Qrupun ləğvi ilə bağlı rəsmi qərar qəbul olunacaq, amma hələlik bu, çətin məsələdir. Bunun heç bir təsiri yoxdur, çünki kağız üzərində də olsa, Azərbaycan Qrupla artıq işləməyəcək", - F.Şəfiyev bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 18 Noyabr 2022, 08:36   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin