BURADA REKLAMINIZ OLA
BİLƏR

Bayramda söyüşə görə qonşusunu bıçaqlayana AĞIR CƏZA

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən təqsirləndirilən Elmi Vəliyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 7 yeddi)il 10 15 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

 

İttihama görə, hadisə 21 mart 2022-ci il tarixdə, saat 23 radələrində Şəmkir rayonunun Qədimqala kəndində qeydəa alınıb.

 

Belə ki, Elmi Vəliyev evin yaxınlığında Novruz bayramı tonqalı təşkil edən zaman onunla eyni küçədə yaşayan Röyal Səfərov (şərti) və digər qonşuları ilə spirtli içki qəbul edib. Daha sonra Röyal yüksək səslə nalayiq ifadələr işlədib. Bu səbəbdən də Elmi ilə Röyalın aralasında mübahisə yaranıb, qarşılıqlı olaraq bir-birilərinin paltarlarından tutaraq dartışıblar. Həmin vaxt təqsirləndirilən şəxs yerə yıxılıb, hadisə yerində olan qonşular dərhal onları bir-birindən ayırıb.

 

Sonra Elmi Vəliyev ayağa qalxaraq yaşadığı evə gedib mətbəx bıçağını götürərək geri qayıdıb. O, zərərçəkmiş şəxsə yaxınlaşıb əlindəki mətbəxt bıçağı ilə qəsdən ona 4 dəfə zərbə vurub.

 

Xəstəxanaya aparılan yaralının həyatını xilas etmək mümkün olub.

 

Polis əməkdaşları tərəfindən saxlanılan Elmi Vəliyevin barəsində Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhdd maddəsi ilə ittiham elan edilib.

 

Kamal Məmmədov

Tarix: 18 Noyabr 2022, 08:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin