BURADA REKLAMINIZ OLA
BİLƏR

Şirkət rəhbərinin oğlu Ali Məhkəməyə müraciət etdi

Bakıda dələduzluqda təqsirli bilinən şirkət rəhbəri Emin Namazovun barəsində olan hökmdən kassasiya şikayəti verib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, o, hökmdən narazı qalıb və Ali Məhkəməyə müraciət edib.

 

Cinayət işi hakim Nazim Mövsümovun icraatına verilib.

 

Məhkəmənin vaxtı hələlik açıqlanmayıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Emin Namazov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: “Omaks-3” MTK-da rəhbər vəzifə tutmuş Emin Namazov dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edilir.

 

İş üzrə 19 zərərçəkmiş var. Zərərçəkmişlərdən bir çoxu ilə barışıq əldə edilib.

 

Xatırlatma: Emin Namazovun atası Tapdıq Namazov da Bakı şəhəri ərazisində yerləşən Omaks-3 MTK-nın rəhbəri kimi bir mənzili bir neçə vətəndaşa sataraq, 18 nəfərə ümumilikdə 568 min manat ziyan vurmaqla dələduzluq etməkdə təqsirli bilinib.

 

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov

Tarix: 18 Noyabr 2022, 08:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin