BURADA REKLAMINIZ OLA
BİLƏR

Fövqəladə vəziyyət elan edilə bilər

Türkiyə hakimiyyəti koronavirus pandemiyası səbəbindən ölkədə fövqəladə vəziyyətin tətbiq olunacağını istisna etmir.

 

Pravda.az-ın xəbərinə görə, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu “NTV” kanalına açıqlamasında deyib.

 

Nazir bildirib ki, bu günə qədər koronavirusun yayılmaması üçün bütün lazımi tədbirlər həyata keçirilir:

 

“Bundan sonra vəziyyət koronavirusun yayılmasından asılı olacaq. İnsanların çölə çıxış qadağası və ya fövqəladə vəziyyətin elan edilməsi də istisna edilmir”.

 

Qeyd edək ki, Türkiyədə 5 698 nəfər koronavirusa yoluxub. Bu xəstələrdən 92 nəfəri həyatını itirib.

Tarix: 27 Mart 2020, 21:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin