BURADA REKLAMINIZ OLA
BİLƏR

Natiq Məmmədli: "Əlində smartfon olan hər kəs sosial şəbəkədə özünü jurnalist kimi aparır"

“Bu gün Medianın İnkişafı Agentliyinin və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun əməkdaşlığı çərçivəsində jurnalistlər üçün “Etika, müəllif hüquqları və jurnalistika” mövzusunda keçirilən təlimin məqsədi jurnalist peşəsinin əsas prinsiplərini, etika və müəllif hüquqları qaydalarının, ictimaiyyəti düzgün məlumatlandırmaq məsuliyyətinin vacibliyini çatdırmaqdır. Əlində smartfon olan hər kəs sosial şəbəkədə özünü jurnalist kimi aparır. Əsl jurnalistin sosial şəbəkədə də peşə məsuliyyətinin olması önəmlidir. Jurnalistin öhdəliyi peşə etikasına əməl etməkdir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli bildirib.

 

N.Məmmədli qeyd edib ki, media subyektləri informasiya hazırlayarkən media etikası ilə çıxış etməlidir: “Agentlik bu ilin aprel ayında media subyeklərinə redaksiya siyasəti və peşə etikası  barədə tövsiyə təqdim edib. Bu gün jurnalistika böyük təzyiq altındadır. Cəmiyyət peşənin nə qədər əhəmiyyət daşıdığına inanmalıdır. Bütün Azərbaycan jurnalistləri etika qaydalarını mənimsəməlidirlər. Peşə etikasından kənarda ciddi media yoxdur. Əslində, mediada əxlaq qanunla tənzimlənmir. Hüquq insanı qaydalara əməl etməyə məcbur edir. Əxlaq isə məcburiyyət deyil,  vicdan məsələsidir və  hüquqdan üstündür”.

 

Aytəkin Qardaşova

Tarix: 18 Noyabr 2022, 10:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin