BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda arvadını çəkiclə öldürmək istəyən şəxslə bağlı qərar çıxarıldı

Ali Məhkəmədə Bakıda arvadını öldürməyə cəhddə təqsirləndirilən Sərdar Namazovun barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Qılıcovun sədrlik etdiyi prosesdə qərar elan olunub.

 

Qərara əsasən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Hadisə ötən ilin oktyabrında paytaxtın Binəqədi rayonunda qeydə alınıb. Belə ki, 1957-ci il təvəllüdlü S.Namazov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 1969-cu il təvəllüdlü Gülnarə Namazovanın baş nahiyəsinə çəkiclə çoxsaylı zərbələr vuraraq onu qəsdən öldürməyə cəhd edib. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb. S.Namazov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

 

Kamal Məmmədov

Tarix: 18 Noyabr 2022, 10:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin