BURADA REKLAMINIZ OLA
BİLƏR

Aİ-92 markalı benzin, dizel ucuzlaşa bilər

İqtisadçı Qubad İbadoğlu koronavirusla bağlı fəsadların aradan qaldırılması üçün hökumətə təkliflərini verib.

 

Pravda.az-ın xəbərinə görə, Q.İbadoğlu deyib ki, xalq dövlət və özəl şirkətlərdən sosial məsuliyyət və güzəştlər gözləyir.

 

“SOCAR-Təbii qazın yuxarı tarifini ləğv et və yanacağın (Aİ-92 Benzin, Dizel, mazut) qiymətini ucuzlaşdır.

“Azərenerji”, “Azərişıq” ASC, elektrikin yuxarı tarifini ləğv et. “Bakinternet”, “Citynet”, KATV1, Ailə TV, “Connect”, “Azeurotel”, ATV+, “City Net”, Avirnet Ulduz Telekom və başqaları, internetin və kabel televiziyalarının keyfiyyətini yüksəlt, tariflərini endir. “Azercell”, “Bakcell”, “Narmobile”, tariflərə yenidən bax, internet paketləri hədiyyə et. Hesab edirəm ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu istiqamətdə özəl şirkətlərlə işlər aparmalıdır” – Q.İbadoğlu qeyd edib.

Tarix: 27 Mart 2020, 22:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin