BURADA REKLAMINIZ OLA
BİLƏR

“AL Market”in AAAF Parkdakı mağaza müdiri şirkətin pullarını mənimsədi

Abşeron Rayon Məhkəməsində mənimsəmədə təqsirləndirilən Valeh Həsənovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın etdiyi məlumata görə, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum olunub.

 

İttihama görə, 1994-cü il təvəllüdlü, əvvəllər məhkum edilmiş Valeh Həsənov 2020-2021-ci illərdə “AL Market” MMC-nin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167, AAAF Park yaşayış kompleksi, 11 saylı küçə, bina 3 ünvanında yerləşən mağazasının müdiri vəzifəsində işləyib. O, çalışdığı müddətdə içərisindən müxtəlif vaxtlarda qida və qeyri-qida mallarını hissə-hissə ayırıb özü ilə götürərək aparıb.

 

Beləliklə, Valeh Həsənov “AL Market” MMC-ya ümumilikdə 7 835 manat məbləğində ziyan vurub.

 

Şirkət rəhbərliyinin şikayəti əsasında saxlanılan Valeh Həsənov barəsində Cinayət Məcəlləsinin mənimsəmə maddəsi ilə ittiham elan olunub. Onun barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

 

İstintaq dövründə Valeh Həsənov dəymiş zərəri ödəyib.

 

Kamal Məmmədov

Tarix: 18 Noyabr 2022, 11:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin