BURADA REKLAMINIZ OLA
BİLƏR

Aygün Kazımova Mübariz Mənsimovdan danışdı

Xalq artisti Aygün Kazımova bütün incəsənət nümayəndələrini, ictimai xadimləri "Palmali" şirkətlər qrupunun prezidenti Mübariz Mənsimova dəstək olmağa çağırıb.

Pravda.az-ın xəbərinə görə, A.Kazımova saysız hesabsız insanlara dəstək olmuş dəyərli Mübariz Mənsimov bugün çətin günlər yaşamaqdadır.

"Vətəninə bağlı, dövlətinə sadiq, gözəl ailə başçısı, layiqli övlad və güvənli bir dost olan Mübariz qardaşımı yaxından tanıdığım üçün, bu sınaqdan da üzüağ çıxacağına ilk gündən əminliyim olub. Lakin keçirdiyi aclıq aksiyası nəticəsində səhhətində nasazlıq yarandığını öyrəndiyimdən bəri özümə gələ bilmirəm. Gəlin hamılıqla Mübariz qardaşıma olan hörmətimizi, sevgimizi bildirməkdən usanmayaq. Bütün sənət adamlarını, ictimai xadimləri Mübariz Mənsimova dəstək olmağa çağırıram. Nədənsə, kimdənsə qorxmaq lazım deyil. Mübariz olaq. Allah kömək olsun" - A.Kazımova vurğulayıb.

Tarix: 27 Mart 2020, 22:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin