BURADA REKLAMINIZ OLA
BİLƏR

“Qarabağda separatçıların nəzarətindən və təzyiqindən kənar ermənilərlə dialoq qurmaq mürəkkəb prosesdir”

“Prezident İlham Əliyev Avropa İttifaqının nümayəndə heyəti ilə görüşdə bildirdi ki, Moskvanın Xankəndidə yerləşdirdiyi Ruben Vardanyanla görüşülməyəcək, çünki o Qarabağ ermənilərini təmsil etmir. Ruben Vardanyan dərhal cavab verdi və dedi ki, İlham Əliyevin Qarabağ erməniləri ilə görüşmək istəyini təqdir edir. Vardanyan bununla hiyləgər gediş etmək istəyir. İlham Əliyevin açıqlamasından sonra Azərbaycanın heç bir rəsmisinin onunla görüşməyəcəyini anlayan Vardanyan bunun əvəzinə Azərbaycan rəsmiləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşə biləcək erməni heyəti formalaşdırmaq fikrinə düşə bilər”.

 

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.

 

E.Şahinoğlu qeyd edib ki, Vardanyan özü görüşlərə qatıla bilməsə də, Azərbaycan rəsmiləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşə biləcək heyətə nəzarət etməyə çalışacaq: “Həmin ermənilər müstəqil olmayacaq, Araik Arutunyan və Ruben Vardanyanın təlimatlarını yerinə yetirəcəklər. Deməli, belələri ilə də görüş istisnadır. Bütün hallarda Qarabağda separatçıların nəzarətindən və təzyiqindən kənar ermənilərlə dialoq qurmaq mürəkkəb prosesdir”.

 

Kənan

Tarix: 18 Noyabr 2022, 14:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin