BURADA REKLAMINIZ OLA
BİLƏR

YAP-ın rayon təşkilatının sədrinin qohumu velosipedçini vuraraq öldürdü

Zaqatalada velosipedçini avtomobil vuraraq öldürüb.

 

Pravda.az Lent.az-a istinadla xəbər verir ki, qəzanı törədən Elvin Ömərov Zaqatala rayonu, 3-cü Tala kənd orta məktəbinin direktoru Alimə Qurbanovanın (Ömərova) oğludur.

 

E.Ömərovun dayısı Habil Qurbanov isə YAP-ın Zaqatala rayon təşkilatının sədridir.

 

Qəzanın dəqiq başvermə səbəbləri hələlik məlum deyil.

 

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Tarix: 18 Noyabr 2022, 14:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin