BURADA REKLAMINIZ OLA
BİLƏR

Sərhədlər bağlandı

Ukrayna koronavirus pandemiyası ilə əlaqədar olaraq martın 28-də yerli vaxtla saat 00:00-dan etibarən dövlət sərhədini bağlayıb.

Pravda.az-ın xəbərinə görə, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski bəyanat verib. Onun sözlərinə görə, bütün dövlətlərlə sərhədləri bağlamaq və xaricilərin ölkəyə səfərini qadağan edən qərar ölkə daxilindəki 40 milyon vətəndaşın təhlükəsizliyi üçün qəbul edilib.

Eyni zamanda, Zelenski Ukraynanın başqa ölkələrdə olan daha 17 min vətəndaşını geri qaytaracağını və onların karantinə alınacağını bildirib.

Beləliklə, Ukrayna quru və hava sərhədlərini bağlayıb. O cümlədən, qatar və avtobuslarla ölkəyə daxil olmaq da mümkün olmayacaq. Qadağalar yalnız Ukrayna vətəndaşlarına şamil edilməyib.

Ukrayna XİN bəyan edib ki, vətəndaşların ölkəyə avtomobil və piyada daxil olması üçün bir sıra sərhəd keçid məntəqələri açıq olacaq.

Tarix: 28 Mart 2020, 04:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin