BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda yol haqqını ödəməyən müştəri taksi sürücüsünü bıçaqladı

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində quldurluq və xuliqanlıq etməkdə təqsirləndirilən Mahir Nəbiyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq) maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 8 il müddətinə azadlıqdan məhrum etməcəzasına məhkum edilib. Mahir Nəbiyev Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən həmin maddə ilə ona bəraət verilib. Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

 

İttihama görə, hadisə 14 may 2022-ci il tarixdə, saat 15:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu ərazisində qeydə alınıb.

 

Belə ki, Mahir Nəbiyev Habil Səfərovun (şərti) idarə etdiyi “Toyota Camry” markalı avtomobilini əli ilə saxla işarəsi verib taksi qismində saxladıb. Daha sonra avtomobilə əyləşib, qabaqcadan yol haqqının qiymətini dəqiqləşdirmədən, həmin maşınla Binəqədi rayonu ərazisində yerləşən “Pitomnik” adlanan parkın yaxınlığına sürdürüb.

 

O, yol haqqını ödəmədən avtomobildən düşərək uzaqlaşıb. Sürücüsü Habil Səfərov da avtomobilindən düşərək, ona bu barədə öz iradını bildirib. Mahir isə cibində gəzdirdiyi bıçaqla sürücünü hədələyib. Habil Səfərov üzərində olan mobil telefonla DİN-nin “102 zəng xidməti”nə zəng vuraraq, cinayət barədə məlumat vermək istəyib. O, zərərçəkmiş şəxsin əlində mobil telefonu görüb.

 

Daha sonra mahir sürücünün qarın və bud nahiyələrinə bıçaq zərbələri vurub.

 

Yaralı xəstəxanaya gedərək əməliyyat olunub, Mahir Nəbiyev isə polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Kamal Məmmədov

Tarix: 18 Noyabr 2022, 16:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin