BURADA REKLAMINIZ OLA
BİLƏR

Binəqədi qəsəbə bələdiyyəsi yenidən məhkəməyə verildi

"Binəqədi OYL Kompani" şirkətinin Azərbaycandakı filialı Binəqədi rayonu, Binəqədi qəsəbə bələdiyyəsi ilə bağlı yenidən məhkəməyə müraciət edib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə şirkət Bakı İnzibati Məhkəməsinə üz tutub.

 

Belə ki, "Binəqədi OYL Kompani" torpaq münasibətləri üzrə sair mübahisələr barədə tələb irəli sürüb.

 

İddia hakim Aysev Almazovanın sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Şirkət daha əvvəl də Binəqədi qəsəbə bələdiyyəsini məhkəməyə vermişdi.

 

Kamal Məmmədov

Tarix: 18 Noyabr 2022, 17:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin