BURADA REKLAMINIZ OLA
BİLƏR

Anar Əsədlinin ölkədən çıxışına qadağa qoyuldu

Ankaraya səfərim var idi və hazırda qanunsuz olaraq ölkədən çıxışıma Daxili Işlər Nazirliyi tərəfindən qadağa qoyulub. Heydər Eliyev adına hava limanındayam. Məsələ ilə bağlı Daxili Işlər Nazirliyinin rəhbərliyi məlumatlandırılıb.

 

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli bildirib.

 

“Əgər bu anlaşılmazlıq qısa zamanda ortadan qaldırılmasa, o zaman xalqımıza, media nümayəndələrinə və beynəlxalq ictumaiyyətə geniş məlumat veriləcək. Mən hələ də ümid edirəm ki, bu kiçik bir məmur  yanlışlığıdır”, – o qeyd edib.

Tarix: 18 Noyabr 2022, 17:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin