BURADA REKLAMINIZ OLA
BİLƏR

Avtomobil qaçıran şəxsə elektron qolbaq taxıldı

Şəki Apellyasiya Məhkəməsində avtomobil qaçırmaqda təqsirləndirilən Həmid Qarayevin (şərti) barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Gündüz Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, 2 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunub və o, məhkəmə zalından dərhal həbsdən azad edilib.

 

İttihama görə, 1996-cı il təvəllüdlü Həmid Qarayev saat 21 radələrində Adil Nailova (şərti) məxsus Göyçay şəhəri, Əli Kərim küçəsində yerləşən “Bənövşə” geyim mağazasının qarşısında dayanmış “VAZ-2106” markalı avtomobilə sahibindən icazə əyləşib. Orta dərəcəli sərxoş vəziyyətdə olan təqsirləndirilən şəx maşını işə salıb  yaşadığı Göyçay rayonu, Ulaşlı-Şıxlı kəndinə gedib.

 

Daha sonra saxlanılan Həmid Qarayevin barəsində Cinayət Məcəlləsinin 185.1-ci (avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) maddəsi ittiham elan olunub.

 

Göyçay Rayon Məhkəməsinin hökmü ilə 1 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalından həbs olunub.

 

Kamal Məmmədov

Tarix: 19 Noyabr 2022, 09:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin