BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputatların koronavirusla əlaqədar keçdiyi tibbi testin nəticəsi açıqlandı

Milli Məclisin deputatları koronavirus infeksiyası ilə əlaqədar mərhələli şəkildə tibbi test yoxlanışından keçiblər.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib.

 

A.Təvəkküloğlu bildirib ki, deputatlar və Milli Məclisin əməkdaşlarının hamısı tibbi test yoxlanışından keçib:

 

“Testlərin nəticəsi neqativ çıxıb. Yəni, heç bir problem yoxdur. Jurnalistlər də Milli Məclisin rəhbərliyinin təşəbbüsü ilə termovizor qurğusu ilə yoxlamadan keçiriləcək. Eyni zamanda onların iclası izləməsi üçün hər cür şərait yaradılır”.

 

Tarix: 28 Mart 2020, 10:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin