BURADA REKLAMINIZ OLA
BİLƏR

İcra başçısının bu fotosu müzakirələrə səbəb oldu

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Təklə-Abazallı, Təklə-Şorbaçı-Mədətli-Novruzallı-Şötüklü-Bayxanlı-Məlikqasımlı, Şötüklü-Dostallı-Məşədilər-Məmmədrzalı-Şorbaçı marşrutu üzrə kəndlərarası avtomobil yolunda olmuş, görülən işlərin keyfiyyəti ilə maraqlanıb.

 

Pravda.az-ın xəbərinə görə, şəhərdə piyadaların rahat və təhlükəsiz gediş-gəlişinin təmin olunması üçün piyada səkiləri yenidən qurulur və piyada səkiləri olmayan küçələrdə isə yeni piyada səkiləri inşa edilir. Rafiq Cəlilov Cəlilabad şəhəri Heydər Əliyev prospektində yeni salınan piyada səkilərində görülən işlərin keyfiyyəti ilə maraqlanmış, tikinti işləri ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tövsiyə və tapşırıqlarını verib.

 

R.Cəlilovun fotoları sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bildirilib ki, icra başçısının asfalt örtüyünə diqqətlə baxmasının səbəbi örtüyün qalınlığına görədir.

Fotoları təqdim edirik
Tarix: 20 Noyabr 2022, 12:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin