BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan və İsrail müdafiə nazirləri telefonla danışdı - YENİLƏNDİ

Noyabrın 20-də İsrail Dövlətinin müdafiə naziri Benyamin Qantz Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənova zəng edib.

 

Bu barədə Pravda.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

 

Telefon danışığı əsnasında tərəflər ikitərəfli hərbi-texniki əməkdaşlığın  perspektivlərinə dair fikir mübadiləsi aparıblar. İsrailin Müdafiə naziri Azərbaycana səfərini məmnunluqla xatırlayıb.

 

Benyamin Qantz Azərbaycan-İsrail münasibətlərinin dostluq və qarşılıqlı etimada əsaslandığını qeyd edib, Azərbaycanın Təl-Əvivdə səfirliyinin açılması qərarına görə təşəkkürünü ifadə edib.

 

***

 

14:52

 

Azərbaycan müdafiə naziri Zakir Həsənov və İsrail müdafiə naziri Beni Hants arasında telefon danışığı olub.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

 

Tərəflər ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi barədə müzakirə aparıblar.

Tarix: 20 Noyabr 2022, 16:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin