BURADA REKLAMINIZ OLA
BİLƏR

Şimali Makedoniya - Azərbaycan oyununda ilk hissə başa çatdı - YENİLƏNDİ - 2

Skopyedə futbol üzrə Şimali Makedoniya və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyununda ilk hissə başa çatıb.

 

Pravda.az-ın məlumatına görə, komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.

 

***

 

17:48

 

Skopyedə futbol üzrə Şimali Makedoniya və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyununda hesab bərabərləşib.

 

Pravda.az-ın məlumatına görə, 38-ci dəqiqədə Elvin Cəfərquliyev dəqiq zərbə ilə tarazlığı bərpa edib.

 

***

17:03

 

Skopyedə futbol üzrə Şimali Makedoniya və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyunu başlayıb.

 

Pravda.az-ın məlumatına görə, “Todor Proeski Milli Arena”sında keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayıb. Matçı albaniyalı FIFA referisi Enea Yorqyi idarə edir.

 

Qeyd edək ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv bundan əvvəlki yoldaşlıq görüşündə Moldovaya 2:1 hesabı ilə qalib gəlib.

Tarix: 20 Noyabr 2022, 18:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin