BURADA REKLAMINIZ OLA
BİLƏR

Adil Əliyev: “Terrorçular silahlarını yerə qoymayacaqları halda, böyük hava zərbələriylə üzləşməli olacaqlar”

“Türkiyə Müdafiə Nazirliyi Suriya və İraqın şimalında terrorçuların bazalarına qarşı “Pence kılıç” hava əməliyyatı həyata keçirib. Terrorçulara məxsus sığınacaqlar, bunkerlər, mağaralar, tunellər və anbarlar yerlə-yeksən edilib. Terrorçulara qarşı amansız mübarizə Türkiyənin haqqıdır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin sədr müavini Adil Əliyev bildirib.

 

A.Əliyevin sözlərinə görə, qardaş ölkə 40 ildən çoxdur ki, PKK terrorçularına qarşı mübarizə aparır: “Bu terrorçu şəbəkə İraq və Suriyanın şimalında özünə yuva salıb və bu ərazlərdən Türkiyəyə sızmağa çalışırlar. Türkiyə ordusu və polisi son illərdə terrorçulara ağır zərbələr endirib, yüzlərlə terror aktının qarşısını alıb. Buna baxmayaraq, terrorçular bəzən Türkiyə içərisinə sızaraq çirkin planlarını həyata keçirməyə çalışırlar. Terrorçuların İstanbulun mərkəzində terror aksiyası törətməsini misal çəkmək olar. Türkiyə hava qüvvələrinin son zərbələri terrorçulara yaxşı dərs olacaq. Terrorçular silahlarını yerə qoymayacaqları halda hər dəfə böyük Türk ordusu və hava zərbələriylə üzləşməli olacaqlar”.

 

Kənan

Tarix: 20 Noyabr 2022, 18:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin