BURADA REKLAMINIZ OLA
BİLƏR

Ərşad Hüseynov: “Dayanma və durma qaydalarını pozmanın bütün hallarına görə elektron qərarla cərimə tətbiqi mübahisələr doğuracaq”

“Dayanma və durma qaydalarının pozulması ilə bağlı sürücülər barəsəində elektron qərarların tətbiqi ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif olunur. Əgər bu dəyişiklik parlamentdə qəbul olunarsa, dayanma və durma qaydaları pozulduqda da kamera vasitəsilə foto və ya video çəkiliş edilməklə sürücü barəsində elektron qərar (sürət həddini aşma, qırmızı işıqdan keçmə və s. halında olduğu kimi) tərtib ediləcək. Bu layihə İXM-də nəzərdə tutulmasa da, son bir neçə ildə kameralar vasitəsilə dayanma və durma qaydalarını pozmaya görə cərimə yazılmasını qanuniləşdirməyə yönəlib”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Ərşad Hüseynov bildirib.

 

Ə.Hüseynov qeyd edib ki, bəzi başqa məqamlara aydınlıq gətirilmədən dayanma və durma qaydalarını pozmanın bütün hallarına görə elektron qərarla cərimə tətbiqi ciddi mübahisələr doğuracaq: “Məsələ burasındadır ki, Bakıda və ölkəmizin digər yaşayış məntəqələrində dayanma və durmanın qadağan edilməsi məsələsində çoxlu anlaşılmazlıqlar var. Minlərlə yol sahəsi var ki, orada belə bir qadağanın olduğu qeyri-müəyyəndir, hətta ən peşəkar və diqqətli sürücü də bu səbəbdən səhv edə bilər. Söhbət xüsusən 3.27 və 3.28 nişanlarının qoyulması və onların qüvvədə olma sahəsi ilə bağlıdır. Ona görə də hesab edirəm ki, dayanma və durma qaydalarını pozmanın bütün hallarına görə elektron qərarla cərimə tətbiqi hələ çox tezdir və çoxlu mübahisələr yaradacaq. İndiki mərhələdə dayanma və durma qaydalarını pozmanın ən aşkar və heç bir mübahisə doğurmayan hallaraına – ikinci və sonrakı cərgələrdə dayanmaya, səkilərdə, piyada keçidlərində, yolayrıcında kəsişmə yerində dayanmaya görə tətbiq edilsə, daha doğru olar”.

 

Kənan

Tarix: 21 Noyabr 2022, 09:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin