BURADA REKLAMINIZ OLA
BİLƏR

Anasını taxta ilə döyüb öldürən oğul hökmdən narazıdır

Gəncədə anasını öldürməkdə təqsirləndirilən Ramin Rüstəmov barəsindəki hökmdən narazı qalıb və apellyasiya şikayəti verib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, o, Gəncə Apellyasiya Məhkəməsinə müraciət edib.

 

Hazırda şikayət hakim Əlizamin Abdullayevun sədrliyi ilə məhkəmədə araşdırılır.

 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Hadisə ötən il iyulun 24-də Gəncə şəhəri, Məhsəti qəsəbəsində qeydə alınıb.

 

Belə ki, qəsəbə sakini, 1980-ci il təvəllüdlü Ramin Rüstəmov anası, 1957-ci il təvəllüdlü Svetlana Rüstəmovanı döyərərək ona xəsarət yetirib. S.Rüstəmova hadisədən bir neçə gün sonra - avqustun 7-də ölüb.

 

Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

 

R.Rüstəmov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 21 Noyabr 2022, 11:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin