BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda avtobuslarda yanaşı oturmayın - BNA

Xüsusi karantin rejimində sosial məsafə saxlanılmasının əhəmiyyətini nəzərə alaraq, “BakuBus” MMC-nin istismarında olan müntəzəm marşrut avtobuslarında yeni qaydaların tətbiqinə başlanılıb.

 

BNA-dan Pravda.az-a verilən məlumata görə, qaydalara əsasən mövcud epidemik vəziyyət nəzərə alınmaqla avtobuslardakı oturacaq yerlərinin yarısında sosial məsafənin saxlanılması ilə bağlı elan vurulub.

 

"Sərnişinlərimizə anlayış göstərərək sosial məsafəni gözləmələrini tövsiyə edirik. Hörmətli sərnişinlər, yalnız zəruriyyət olduğu halda ictimai nəqliyyatdan istifadə edin", - deyə BNA-dan bildirilib.

Fotoları təqdim edirik
Tarix: 28 Mart 2020, 11:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin