Azərbaycanda fövqəladə vəziyyət elan edilə bilər – RƏSMİ

“İnsanlar bir yerə toplaşmamalı, yoluxma situasiyası yaratmamalıdırlar”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

 

İ.Məmmədovun sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın sonuncu müşavirəsi göstərdi ki, insanlar xüsusi karantin rejiminin qaydalarına əməl etməyə meylli deyillər: "Burada söhbət həyati vacib hərəkətlərin məhdudlaşdırılmasından getmir. İnsanlar ehtiyac olmadığı hallarda küçələrə çıxırlar, toplaşırlar, məsafə tələblərini gözləmirlər. Qadağa qoyulub ki, Bakı, Sumqayıt və Abşerondan rayonlara gedilməsin və eləcə də gəliş olmasın. Bu qaydalar pozulur. Daxili İşlər Nazirliyi 3 gün ərzində 746 nəfərə inzibati cəza tətbiq edib. Bu o deməkdir ki, insanlar qaydalara pozmağa meyillidirlər. Cəzaları sərtləşdirmək olar, sadəcə, Operativ Qərargah ümid edir ki, insanlar real situasiya ilə tanış olduqca övladları, ailələri qarşısında fərdi məsuliyyətlərini dərk edəcəklər. Təbii ki, qaydalara əməl etməsələr, situasiya belə davam edərsə, hökumət qaydaları daha da sərtləşdirəcək. Hökumət “A”dan “Z”yə qədər nə etmək lazımdırsa, bilir. Hətta fövqəladə vəziyyətin tətbiqi də istisna olunmur. O yerə gedib çıxmamaq üçün həmrəy olmalıyıq”.REALTV

Tarix: 28 Mart 2020, 12:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin