Bakıda altı yaşlı uşaq pnevmoniyadan öldü

Martın 26-da, saat 12:30-da Bakının Yasamal rayonunda, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda 2014-cü il təvəllüdlü Fərhad Əliyev vəfat edib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

 

İlkin məlumata görə, ölümə səbəb pnevmoniya olub. Pnevmoniyanın koronavirusa yoluxma nəticəsində yaranıb-yaranmadığı hələlik məlum deyil.Oxu.az

Tarix: 28 Mart 2020, 12:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin