BURADA REKLAMINIZ OLA
BİLƏR

Cəbrayılda hərbçilər qəzaya düşdü: ölən və xəsarət alan var

Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbçiləri qəzaya düşüb.

 

DSX-nin Mətbuat Mərkəzindən verilən məlumata görə, bu gün Cəbrayıl rayonunun Şükürbəyli kəndində xidmətə məxsus "UAZ" markalı avtomobil hərəkətdə olarkən "Shagman" markalı yük avtomobili "UAZ"ın hərəkət zolağına çıxıb və qəza baş verib. Qəza nəticəsində bir neçə hərbçi xəsarət alıb.

 

DSX-nin hərbi qulluqçusu, baş çavuş Elmir Abbasov xəstəxanada həkimlərin müdaxiləsinə baxmayaraq dünyasını dəyişib.

 

Digər yaralıların müayinə və müalicəsi davam etdirilir.

Tarix: 21 Noyabr 2022, 17:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin