BURADA REKLAMINIZ OLA
BİLƏR

İlham Əliyevdən Nərimanov rayonu ilə bağlı sərəncam

Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsinə 4,23 milyon manat ayrılıb.

 

Pravda.az xəbər verir ki, Prezident İlham Əliyev noyabrın 22-də bununla bağlı sərəncam imzalayıb.

 

Sərəncamla Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 4,23 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.


Tarix: 22 Noyabr 2022, 14:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin