BURADA REKLAMINIZ OLA
BİLƏR

Messi qol sayında Ronaldoya çatdı

Qətərdə keçirilən dünya çempionatının ilk turunda Səudiyyə Ərəbistanı ilə qarşılaşan Argentina 1:0 hesabı ilə öndədir.

 

Pravda.az-ın məlumatına görə, görüşün 10-cu dəqiqəsində penaltidən fərqlənən Cənubi Amerika təmsilçisinin kapitanı Lionel Messi mundiallardakı qol sayını 7-yə çatdırıb.

 

35 yaşlı superulduz buna 20-ci matçında nail olub. Messi bununla Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldoya çatıb. 37 yaşlı forvard isə 17 görüşdə 7 dəfə fərqlənib.

 

Qeyd edək ki, C qrupunda yer alan Argentina yığmasının digər rəqibləri Meksika və Polşadır.

 

Apasport.az

Tarix: 22 Noyabr 2022, 14:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin