“Azərbaycanda koronavirusa yoluxanların sayı getdikcə artır, epidemioloji vəziyyət çox gərgin olaraq qalır”.
Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycanın sabiq Səhiyyə naziri Əli İnsanov deyib.
Sabiq nazir xatırladıb ki, Ümumdünya Səhiyyə Təşkilatı bu qorxulu infeksiyanın bütün dünyada yayılaraq pandemiya halına keçməsini və proqnozların ürək açan olmadığını dəfələrlə elan edib: “Koronavirus ilə bağlı ölkəmizdəki mövcud durum, bütün resusların, o cümlədən professional kadrların sürətlə yayılmağa meyilli olan və böyük insan tələfatına səbəb olacaq bu infeksiyaya qarşı təxirə salınmadan mübarizəyə cəlb edilməsini zəruri edir”.
Ə.İnsanov qeyd edib ki, Azərbaycan həkimlərinin belə dəhşətli infeksiyalara qarşı böyük mübarizə təcrübəsi var: “90-cı illərdə ölkəmizdə geniş yayılmış poliomielit, difteriya kimi infeksiyaların ləğv edilməsi və bir sıra digər infeksiyaların kəskin azaldılmasına nail olunub. Bundan başqa, 1997-ci ilin yazında Azərbaycanın 42 rayonunun geniş ərazilərini leysan yağışlar nəticəsində su basmış və saysız-hesabsız iri göllər yaranmışdı. Malyariyalı zonalar sayılan bu rayonlarda xəstəliyin geniş yayılaraq epidemiya halına keçə biləcəyi haqda Ümumdünya Səhiyyə Təşkilatı həyacan təbili çalaraq malyariya epidemiyasının təkcə ətraf ölkələri deyil, bütün Avropa üçün böyük təhlükə olacağı haqda Azərbaycan rəhbərliyinə təcili tədbirlər görülməyi üçün müraciət edib. Səhiyyə Nazirliyinin ölkə prezidentinə ünvanladığı təcili tədbirlər paketi əsasında Prezident Heydər Əliyevin yanında Nazirlər Komitəsinin təcili toplantısı keçirildi, Prezidentin sərəncamı ilə Səhiyyə Naziriliyinin sədrliyi ilə 17 nazir və komitə sədrlərinin birinci müavinləri təmsil olunmaqla Dövlət Komissiyası yaradıldı, dərman və avadanlıqların alınıb, Səhiyyə Nazirliyinə verilməsi Nazirlər Komitəsinə tapşırıldı. Bu məqsədlə 1,7 milyard manat (425 000 ABŞ dolları) vəsait ayrılmasına qərar verildi. Dövlət Komitəsi təcili toplanaraq müxtəlif sahələr üzrə mütəxəsislərdən ibarət altmışa yaxın briqadalar yaradıldı və 42 rayonda fəaliyyətə başladılar. Aparılan geniş tədbirlər nəticəsində iki ay ərzində nəinki epidemiya təhlükəsi aradan qaldırıldı, hətta həmin rayonlarda təbii fəlakətdən əvvəl mövcud olan malyariya xəstələrin sayının kəskin sürətdə azalmasına nail olundu”.
O hesab edir ki, bu gün Azərbaycanda koronavirusa qarşı mübarizənin səmərəli şəkildə təşkil edilməsi məqsədi ilə həkimləri və müxtəlif əlaqədar təşkilatların və mütəxəsislərin iştirakı ilə Dövlət Komissiyası yaradılmalı, Dünya təcrübəsindən istifadə edərək ictimaiyyətin də yaxından iştirakı ilə mərhələli tədbirlər planı hazırlanmalı və həyata keçirilməlidir: “MənAzərbaycan xalqının sağlamlığı naminə Azərbaycan iqtidarı ilə münasibətlərimi vurğulamadan, ictimai əsaslarla bu komissiyaya rəhbərlik etməyə razı olduğumu bəyan edirəm”.
2 May 08:11
2 May 08:07
2 May 08:03
2 May 07:55
2 May 07:53
2 May 06:48
2 May 06:46
2 May 00:42
1 May 23:54
1 May 23:52
1 May 23:50
1 May 23:48
1 May 21:49
1 May 21:10
1 May 19:51
1 May 19:10
1 May 19:06
1 May 18:51
1 May 18:46
1 May 18:08
1 May 18:05
1 May 18:02
1 May 18:00
1 May 17:58
1 May 17:56
1 May 17:52
1 May 17:50
1 May 17:49
1 May 17:46
1 May 17:43
1 May 17:42
1 May 17:37
1 May 17:23
1 May 16:57
1 May 16:52
1 May 16:46
1 May 16:37
1 May 16:36
1 May 16:26
1 May 16:16
1 May 15:43
1 May 15:41
1 May 15:39
1 May 15:24
1 May 15:21
1 May 15:19
1 May 15:14
1 May 15:11
1 May 15:08
1 May 15:06
1 May 15:01
1 May 14:58
1 May 14:57
1 May 14:55
1 May 14:53
1 May 14:32
1 May 14:24
1 May 14:18
1 May 14:08
1 May 13:24
1 May 13:23
1 May 13:22
1 May 13:17
1 May 13:10
1 May 12:55
1 May 12:36
1 May 12:32
1 May 12:30
1 May 12:27
1 May 12:23
1 May 12:21
1 May 12:18
1 May 12:16
1 May 12:13
1 May 11:56
1 May 11:51
1 May 11:49
1 May 11:45
1 May 11:43
1 May 11:42
1 May 11:35
1 May 11:34
1 May 11:30
1 May 11:28
1 May 11:27
1 May 11:15
1 May 11:12
1 May 11:11
1 May 11:09
1 May 11:04
1 May 11:03
1 May 10:54
1 May 10:51
1 May 10:47
1 May 10:44
1 May 10:32
1 May 10:30
1 May 10:26
1 May 10:24
1 May 10:15
1 May 10:08
1 May 10:05
1 May 10:05
1 May 10:04
1 May 10:02
1 May 09:52
1 May 09:39
1 May 09:31
1 May 09:18
1 May 09:09
1 May 09:08
1 May 09:07
1 May 09:03
1 May 09:01
1 May 08:59
1 May 08:56
1 May 08:54
1 May 08:52
1 May 08:45
1 May 08:31
1 May 08:27
1 May 08:27
1 May 08:23
1 May 08:23
1 May 08:19
1 May 08:15
1 May 08:12
1 May 08:10
1 May 08:08
1 May 08:05
1 May 08:02
1 May 07:36
1 May 01:07
30 Aprel 23:51
30 Aprel 23:48
30 Aprel 23:31
30 Aprel 23:29
30 Aprel 23:24
30 Aprel 23:23
30 Aprel 23:22
30 Aprel 21:36
30 Aprel 21:35
30 Aprel 21:22
30 Aprel 21:10
30 Aprel 21:08
30 Aprel 21:02
30 Aprel 20:52
30 Aprel 19:45
30 Aprel 19:44
30 Aprel 19:32
Ən son xəbərləri səhifəmizdən də izləyin