BURADA REKLAMINIZ OLA
BİLƏR

İmişlidə ağır yol qəzası olub: ölənlər var

İmişlidə iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

 

Pravda.az-ın məlumatına görə, hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun rayonun Ağaməmmədli kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, İmişli rayon sakini, 1986-cı il təvəllüdlü Bayramov Xanlar Xasməmməd oğlu idarə etdiyi “VAZ-21015” markalı avtomobillə hərəkətdə olarkən qarşısına çıxan itlə tülkünü vurub. Bu zaman avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.

 

Qəza nəticəsində avtomobilin sürücüsu hadisə yerində ölüb. Avtomobildə olan sərnişin, rayon sakini, 1974-cü il təvəllüdlü Bayramov Fariz Gülməmməd oğlu xəstəxanaya çatıdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Report

Tarix: 22 Noyabr 2022, 20:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin