BURADA REKLAMINIZ OLA
BİLƏR

“Kontakt Home” iddialara münasibət bildirdi - YENİLƏNDİ

"Elnur Allahverdiyev artıq şirkət rəhbərliyindən uzaqlaşıb"

 

Bunu Pravda.az-a açıqlamasında "Kontakt Home" mağalar şəbəkəsinin İctimaiyyətlə əlaqələr üzrə meneceri Vəfa Rüstəmova deyib.

 

V.Rüstəmova vurğulayıb ki, qanunvericiliyə əsasən, deputat şirkət rəhbəri ola bilməz.

 

“Kontakt Home”un krediti olanları narahat etməsi məsələsinə gəlincə isə menecer bildirib ki, koronavirusa görə yaranan çətinlik zamanı şirkət müştərilərinə fərdi şəkildə yanaşıb, onlara güzəşt tətbiq edib: ““Müştəri güzəşt proqramı” çərçivəsində karantin rejimi ilə əlaqədar iş yerlərini itirmiş, ödəniş qabiliyyəti məhdudlaşmış minlərlə müştərinin mart ayı üzrə ödənişlərinə güzəşt tətbiq edərək 1 aylıq ertələmişdik. Virus təhlükəsinin geniş hal aldığı bir vaxtda güzəşt proqramını hər kəs üçün açıq etdik. Artıq hər müştəri üçün aprel ödənişləri üzrə gecikmə hesablanmayacaq. Ümumiyyətlə, hər bir müştəri zəng edib narazılığını, təklifini deyə bilər. Həftədə bir neçə dəfə müştəriləri dəvət edirik, onları dinləyirik. Hazırda xüsusi karantin rejimi tətbiq edildiyinə görə bunu dayandırmışıq. “Kontakt Home” çox müsbət addımlar atır, sadəcə, bəzi hallarda şirkət vətəndaşları incidən qurum kimi təqdim edilir. Yazılanlarla qəti şəkildə razı deyilik”.

 

***

16:38

 

Ana Vətən Partiyası sədrinin müavini Arzuman Abdulkərimov “Kontakt Home” mağazalar şəbəkəsinin rəhbərliyinə çağırış edib.

 

Pravda.az-ın xəbərinə görə, A.Abdulkərimov deyib ki, əsas narahatedici məqam güzəmuzd çalışan insanlarla bağlıdır: “İnsanların bəziləri usta, fəhlə kimi fəaliyyət göstərir, hansı xidmət müəssisəsində çalışır. Hazırda iş yerləri bağlıdır. Əvvəlcə bu insanların problemləri həll edilməlidir”.

 

Partiya sədrinin müavininin sözlərinə görə, “Kontakt Home”un mağazalarından insanlara kreditə görə zəng edirlər: “Onlar insanları narahat edirlər. Belə olmaz, bir az sayqılı yanaşmaq lazımdır. Onsuz da insanların həmin mağazalar şəbəkəsində böyük məbləğdə kreditləri yoxdur, kredit, təxminən, 300-500 manat arasındadır, bunların aylığı 10-20 manat arasında olur. Bu məbləğə görə niyə əl-ayağa düşüblər, insanlar zəng edirlər? Bu, vicdan məsələsidir. Dövlət buna əl qoyanda, ittiham edəcəklər ki, sahibkarların işinə müdaxilə var. Bu məsələdə həmrəylik nümayiş etdirilməlidir”.

 

Qeyd: “Kontakt Home” mağazalar şəbəkəsinin Milli Məclisin deputatı Elnur Allahverdiyevə məxsus olduğu bildirilir.

 

Partiya sədrinin müavini "Kontakt home"-a çağırış etdi from Pravda on Vimeo.

Fotoları təqdim edirik
Tarix: 28 Mart 2020, 19:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin